İSTİFADƏÇİ ŞƏRTLƏRİ

Sifarişi təsdiq etmək üçün operator sizinlə əlagə saxlayacaq.

From store nağd ödə seçdikdə – mağazaya yaxınlaşıb ödəniş edə bilərsiniz (ödəniş olunana kimi qiymət dəyişikliyi olduğu halda,mağazada ödəniş anı hazırda olan qiymətlə sifariş qəbul olunur.

Ödəniş bank kartı ilə olanda – ödəniş səhifəsinə keçirsiniz.

Sifariş göndərilənə kimi,sifarişçi imtina edə bilər.Məhsul mübadilə ölkəsini tərk edəndən sonra – sifariştən imtina etmək mümkün deyil.(Yalnız məhsulu poçtdan təhvil alıb,mağazaya qaytarandan sonra məhsulun qiyməti tam şəkildə qaytarılır)

Sifarişin icra olunması

Sifariş təsdikləndikdən sonra 1-2 iş gününə icra olunur.

Sifariş olunan məhsul anbarda qutaranda bu müddət uzana bilər.

Sifarişçiyə bu barədə qabaqcadan məlumat verilir.

Çatdırılma

EXPRESS çatdırılma : 7-10 iş gününə gəlir. Sifariş (PDM)
poçt-daşınma mərkəzində təhvil verilir.Bağlamanın gəlməsi haqqında sms bildirişi poçt-daşınma şirkəti göndərir.

ADİ çatdırılma : 5-15 iş gününə gəlir.Sifariş mağazada təhvil verilir .(İstisna hallar aşağıda qeyd olunub).

EXPRESS çatdırılma seçildikdə sifarişçinin öhdəlikləri:
•Sifarişçi məhsulu öz adına sifariş edir.
•Sifarişçinin adına son 2 (iki) ayda respublikaya bağlama daxil olmayıb.
•Təqdim olunacaq bank sənədləri sifarişçinin adına olmalıdır.
•Sifarişçi poçt bağlamasını açmadan mağazaya yaxınlaşmalıdır (əks halda zəmanət verilmir).

ADİ çatdırılma seçdikdə :
•Sifarişçi məhsulu öz adına sifariş edir.
•Sifarişçinin adına son 2 (iki) ayda respublikaya bağlama daxil olmayıb.
•Təqdim olunacaq bank sənədləri sifarişçinin adına olmalıdır.
•Sifarişçi məhsulu mağazadan təhvil alır.
Bu hallarda mağazada təhvil verilmir:
•İdxal limiti keçdikdə
•Sənədlər qeyri-dəqiq olduqda
•Gömrük komitəsi tərəfindən növbədən kənar yoxlanışlar zamanı.

Öhdəliklər

Sifarişçinin öhdəlikləri :

Sifarişi poçtdan təhvil aldığı halda,poçt bağlamasını açmadan mağazaya yaxınlaşmaq.
(Əks halda zəmanət verilmir)

Gömrük/Poçt əməkdaşları tərəfindən poçt bağlaması açıldığı halda,içindəki məhsulun qutusunu açmadan mağazaya yaxınlaşmaq.
(Əks halda zəmanət verilmir)

Almali.az-ın öhdəlikləri :

Sifarişin qəbul olunması haqqında məlumat vermək.

Sifariş olunan məhsul anbarda qutardığı halda – məlumat vermək.

Sifarişin izləmə kodunu təqdim etmək.

Fors-major hallar

Sifariş səhv gəldikdə və ya poçt daşınma şirkəti tərəfindən çatdırılmasa,məhsul təkrar göndərilir və ya ödəniş (məhsulun qiyməti və çatdırılma haqqı) tam şəkildə geri qaytarılır.

Poçt daşınma və Gömrükdə növbədən kənar yoxlanışlar,sistemin işləməməsi,məhsulun təhvil verilmə qaydalarında baş verən dəyişikliklərlə əlagədar gecikmələrə görə Almali.az məsuliyyət daşımır.